“Ecorest.az” aqroturizm sahəsində öz xidmətlərini təklif edən və bu xidmətlərdən yararlanmaq istəyən şəxsləri birləşdirən onlayn platformadır. Platforma BMT İnkişaf Proqramı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə həyata keçirdiyi və Amerika İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” layihəsi çərçivəsində hazırlanmışdır. Platformanın əsas məqsədi aqrar mühitdə yaşayan şəxslərin turizm xidmətlərini onlayn bazara çıxarmasına şərait yaratmaqla aqroturizm üzrə özünəməşğulluğana dəstək verməkdir. Həmçinin platforma turizm xidmətlərindən yararlanan şəxslərin axtardığı informasiya bazasıdır. 

Partnyorlar