FAQ

Saytda necə qeydiyyatdan keçə bilərəm?

Ana səhifə – Qeydiyyat – Məlumatların doldurulması – Təsdiq

Xidmət/məhsul sahibi olaraq saytdan istifadə mənə nə qazandıracaq?

Məhsul və ya xidmətinizlə bağlı məlumatları saytda yerləşdirərək  istifadəçilər üçün əlçatan olcaqsınız. Bununla da daha çox müştəri qazanmaq və daha çox satış etmək şansı qazanacaqsınız.

Xidmət/məhsul necə sayta yerləşdirim?

Ana səhifə  -  Qeydiyyat (xidmət sahibi seçimi edərək profilinizi yaradın)  –  Xidmət əlavə et (Əlavə etmək istədiyiniz xidmətin növünü seçib məlumatları əlavə edin.)

Xidmət/məhsul sahibi ilə necə əlaqə yarada bilərəm?

Xidmət və ya məhsulla bağlı seçiminizi etdikdən sonra məhsul/xidmət sahibinin əlaqə nömrəsi sizə göndəriləcək. 

Zaqatalada harada qala bilərəm?

Əgər oteldə qalmaq istəyirsinizsə aşağıdakı otellərə müraciət edə bilərsiniz:
Zaqatala otel/ Qrata otel/  Tala Rooms motel/Turgut motel /İs motel/, Evim otel 

Seçiminiz kənd evləridirsə, onda saytımızın qonaqlama hissəsini nəzərdən keçirin. 
 

Zaqatalada günlük kirayə evlər, qiymətləri?

Zaqatalada günlük kirayə evlərin böyük əksəriyyəti əsasən Car kəndindədir. Şəhərə yaxın, gözəl havası və meşəsi, çayı olan kənddir. Burada günlük qiymətlər əsasən 50 AZN başlayır. Daha ətraflı məlumat üçün saytın qonaqlama hissəsinə nəzər yetirin.

Zaqatalda hansı yeməkləri dada bilərəm?

Zaqatala mətbəxi də özünəməxsusluğu ilə fərqlənir. Rayonda adətən xəmirlə bişirilən yeməklərə üstünlük verilir. Quru ət (qaxac), Sürhüllü,maxara, gürzü rayon mətbəxinin əsas yeməkləridir

Zaqatalanın hansı görməli yerləri var?

Zaqatala qalası, Qala Düzü, Dədə Qorqud meydanı, Zaqatala Alban məbədi, Pəri Qala, Cingöz Qala, Katex Şəlaləsi kimi yerlər Zaqatalada gəzə biləcəyiniz ən gözəl məkanlardandır

Şəkidə otellər və qiymətləri?

Marxal Resort (165),  Şəki Palace Hotel (123),  Karvansaray Hotel (40), Narın Qala Hotel (88), Kungut Hotel (75),  Qaynama ( 90) , FM Hotel (40) ,  İnci Design Hotel (51),  Şəki Olimpiya Hotel (50),  Şəki Saray Hotel (99)

Şəkidə günlük kirayə kənd evləri harada yerləşir, qiymətləri necədir?

Şəkidə turistlər üçün  kirayə kənd evləri əsasən Kiş kəndində yerləşir. Ümumi qiymətlər 10 AZN ilə 250 AZN arasında dəyişir. 

Şəkidə hansı yeməkləri dada bilərəm?

Şəki mətbəxi dedikdə, ənənəvi olaraq Şəki paxlvası və piti yada düşür. Digərlərinə nabat qaynadılmış şəkər və şirin peşvəng daxildir. Şəkidə ayrı-ayrı məşhur yeməklər, o cümlədən girmabadam, zilviya, piti, ət və kartofdan hazırlanmış və güveç adlı qabda hazırlamış terrakotta təşkil edir.

Şəkinin hansı görməli yerləri var?

“Çələbi Xan Restoranı”, “Şəki Xan Sarayı”, “Dairəvi Məbəd” (Nuxa Üçmüqəddəs Kilsəsi), “Yuxarı Karvansaray”,” Kiş Alban Məbədi”  Şəkidə gəzə biləcəyiniz ən gözəl məkanlardandır.

Qəbələdə otellər və qiymətləri?

Ruma Zeytun Otel (150), Qafqaz Riversite Resort Otel (180),  Qafqaz Sport Otel (130),  Qafqaz Tufandağ Otel (148), White Boutuque Otel (137),  Qafqaz Yeddi Gözəl Otel (103), Qafqaz Karvansaray Otel (120),  Kaspia Qəbələ  Otel (97)

Qəbələdə hansı yeməkləri dada bilərəm?

Qəbələ şabalıdın vətəni sayılır. Şabalıdı bol olan bir məkanda müxtəlif çeşiddə şabalıd yeməkləri hazırlanır. Şabalıd qutabı və şabalıd halvasını misal olaraq göstərə bilərik. Qəbələ mətbəxində qaya daşlarının arasında hazırlanan  daşarası kababı bölgəyə məxsus yeməkdir. Çay süfrəsin də  isə Bal ilə çay və şabalıd halvası dada bilərsiniz. Qəbələ qonaqları qeyri-adi mürəbbələrin dadına baxmaq üçün avqust ayında Beynəlxalq Mürəbbə Festivalını ziyarət edə bilərlər. Burada çiyələk, ərik, gavalı, böyürtkən, heyva, albalı və digər meyvələrdən hazırlanan ənənəvi mürəbbələrdən əlavə ekzotik növlər - kartof, xiyar, badımcan, bibər, zəncəfil, nanə, zəncirotu, balqabaq toxumu, rozmarin, çuğundur və digər mürəbbələr də tapıla bilər.

Qəbələnin hansı görməli yerləri var?

“Qəbələnd” Əyləncə Mərkəzi, Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi gəzə biləcəyiniz məkanlardadır. Qədim Nic, Bum, Vəndam və  Küsnət kəndləri də Qəbələnin turistlərin diqqətini çəkən kəndlərindədir. Həmçinin rayonun səsli-küylü dağ çayları olan Dəmiraparançay, Türyançay, Tikanlıçay, Bum çay, Vəndam çay və digər kiçik çaylar, Mucux və Yeddi Gözəl şəlalələri, 60 min hektar ərazini əhatə edən fıstıq, palıd, vələs, ardıc, şabalıd meşələri, mineral və qeyri-mineral bulaqlar da əcnəbi qonaqların gəzdikləri yerlərdəndir.

Qubada otellər və qiymətləri?

Quba Palace (190), Şane Otel (60), Macara Lake Park (140), Şahdağ (108), House in Quba (250), Villa on Fetali  Khan (360),  Green Park Quba (90)

Qubada günlük kirayə kənd evlərinin qiymətləri necədir?

Kənd yerlərində turistlərin qalması üçün həyət evlərində qiymət 40 AZN başlayır. Daha geniş, iki mərtəbəli həyət evləri isə 100 manata təklif olunur. Belə evlərdə otellərə uyğun şərait yaradılır. 

Qubada hansı yeməkləri dada bilərəm?

Digər bölgələr kimi Quba mətbəxində də xüsusi taamlar vardır. Bükmə, Quba tıxması, Quba mətbəxinin ən məşhur şirniyyatıdır. Məşhur yeməklərdən biri də "həlimaşı"dır. Bu xörək buğdadan bişirilir, içinə ət parçaları qatılır. Süfrəyə verildikdə içərisinə əridilmiş kərə yağı qatıb yeyilir, əsasən qışda bişirilən yeməkdir.

Qubanın hansı görməli yerləri var?

Qrız kəndi, Qurqur şəlaləsi, Aleksandr Dümanın yuyunduğu hamam - Çuxur hamam, Tağlı körpü, Xınalıq kəndi – açıq səma altında muzey, Afurca şəlaləsi, Nügədi kəndi - Çənlibel gölü, Qırmızı Qəsəbə – yəhudi kəndi kimi məkanları gəzə bilərsiniz.  Həmçinin Ölkənin ilk Cümə məscidlərindən biri – XIX əsrin əvvəllərində inşa edilən qədim Cümə məscidi də Qubada yerləşir. 

Lənkəran otellər və qiymətləri?

Lənkəran Springs Wellness Resort (135), Khan Lankaran Hotel (60), Starway Hotel, Mandarin Hotel

Lənkəranda günlük kirayə kənd evlərinin qiymətləri necədir?

Lənkəranda günlük kirayə evlərin qiymətləri 40 – 100 AZN arasında dəyişir. Villalar üçün bu qiymət 150 – 250 azn aralığındadır. 

Lənkəranda hansı yeməkləri dada bilərəm?

Lənkəran mətbəxi dedikdə ləvəngi və limonlu çayı ilk olaraq qeyd etmək lazımdır.

Lənkəran mətbəxin şah yeməyi ləvəngidir. Balıq ləvəngisi, Təndirdə bişirilən toyuq ləvəngisi, Badımcan ləvəngisi növləri vardır.
Digər bölgədə olduğu kimi bu bölgədə də plov çeşidləri çoxdur: Daşma plov, Süzmə plov, Qara plov, Döşəmə plov, Paxla plov, Boranı plov, Hisə verilimiş kütümnən hazırlnan lərgə plov, Mərci plov, Kartof plov, Kəlləpaça plov kimi növləri vardır.
Bu bölgədə balıq yeməkləri çox məşhurdur.  Balıqdan Girdəbic balıq, Balıq sırdağı,Qovurma balıq, Şor balıq kimi yeməklər hazırlanır.    

Şirniyyatlar: Qəndi külçə, Şorçörək, Bişi,partlama, Ziren çörək, Məcüm halvası, Lənkəran külçəsi kimi şirniyyatlarla Lənkəran limonu ilə çay içə bilərsiniz.
 

İsmayıllıda otellər və qiymətləri?

İsmayıllı Resort Hotel (100), İsmayıllı Guest House ( 70), Sunrise Guest House ( 50), Runavay House 

İsmayıllıda günlük kirayə kənd evlərinin qiymətləri necədir?

İsmayıllıda günlük kirayə evlərin qiymətləri 40-100 AZN arasında dəyişir. Villalar üçün bu qiymət 150 – 250 azn aralığındadır. 

İsmayıllıda hansı yeməkləri dada bilərəm?

İsmayıllı daha çox pendiri və balı ilə məşhurdur. Regionun mətbəxi xalqımızın minilliklərdən süzülüb gələn ənənəsini, damaq zövqünü, özünəməxsusluğunu əks etdirir. İsmayıllı mətbəxin şah yeməyi şah plovdur. Mətbəxi ləzzətli milli və türk mətbəxlərinin yeməkləri ilə doldurur. Kabab, dolma, plov, dovga isə ən məşhurdur. 

İsmayıllının hansı görməli yerləri var?

Qız qalası, Cavanşir qalası, Heydər Əliyev Parkı, Diyarşünaslıq Muzeyi, Qalacıq kəndi, İvanovka, Bado-Basqal turizm zonası, Basqal, Lahıc kəndləri gəzə biləcəyiniz gözəl məkanlardır.