“AviaTravel”dən yeni müsabiqə - Türkiyədə 5 ulduzlu hoteldə 7 günlük istirahət qazan!

Paylaş:

AviaTravel bir daha Türkiyədə “All-inclusive” hotelində pulsuz istirahət etmək imkanı verir. Bu dəfə cari ilin sentyabr ayında Antalyanın “Alarcha” hotelində iki nəfərlik vauçer oynanılır.

Bunun üçün sadəcə Telegram kanalımıza abunə olmaq və müsabiqə postunda "İştirak et" düyməsini sıxmaq kifayətdir.

15 avqust tarixində müstəqil “GivyBot” botu qalibi seçəcək.

Həmçinin Facebook və Instagram səhifələrimizə abunə olun, çünki digər sosial şəbəkələrdə də bu cür müsabiqələr mütəmadi olaraq keçiriləcəkdir.

Nəzərə almağınızı xahiş edirik ki, tərəfimizdən yalnız hotelə vauçer oynanılır, aviabiletlər uduş fonduna daxil deyil.

Müsabiqənin şərtləri:

- Müsabiqə 25 iyul – 15 avqust 2022 il tarixləri arasında keçirilir.

- Müsabiqədə iştirak etmək üçün Telegram-da AviaTravel səhifəsinə abunə olmaq lazımdır.

- Müsabiqənin bitdiyi gün bot avtomatik olaraq qalibin adını paylaşacaq və postun altında "tag" edəcək. Kanalın administrasiyası mesencer vasitəsilə qaliblə əlaqə saxlayacaq, ona görə də hesabın real və aktiv olması vacibdir.

- “SummerTour” tərəfindən yalnız hotel və Antalya hava limanından transfer vauçeri təqdim edilir. Aviabiletlər, sığorta, PCR-testi və digər əlaqəli xərclər uduş fonduna daxil deyil.

- Qalib “Qidalanma All-inclusive” sistemi üzrə iki nəfərdən çox olmayan böyüklərin yerləşdirilməsi üçün elektron vauçerlə təmin olunur.

- Qalib özü ümumi müddət 8 gün/7 gecədən çox olmamaq şərti ilə 2022-ci il sentyabrın 20-dən 30-dək olan dövrdə qalmaq üçün əlverişli tarixləri müəyyən etmək hüququna malikdir.

- Vauçer başqa bir hotel və ya pul mükafatı ilə dəyişdirilə bilməz.

- AviaTravel səhifələrinin administrasiyasından və ya “SummerTour” turizm agentliyindən asılı olmayan fövqəladə vəziyyət yarandıqda müsabiqə dayandırıla və ya ləğv edilə bilər.

Mənbə:    AviaTravel