Azərbaycanın şimal-qərb ləzzətləri ilə tanışın

Paylaş:

Azərbaycanın ucqar şimal-qərb guşəsinin Qax, Zaqatala və Balakən rayonlarını əhatə edən kəndləri fındıq və xurma ilə bürünmüş yaşıl bağlarla bərəkətlidir. Hətta o qədər boldur ki, hər ikisinin məhsulu hər il qeyd olunur: hər payız Zaqatalada Fındıq bayramı, Balakəndə isə Xurma bayramı keçirilir. Qaxın dağlıq əraziləri isə qurudulmuş ətdən istifadə etməklə tanınır. Bir yemək xüsusilə məşhurdur: qışda qurumağa buraxılmış ətlə örtülmüş xəmir parçalarından hazırlanan doyumlu yemək sürhüllü. Onu sınamaq üçün əla yer rayonun ən yüksək kəndi olan Sarıbaşdır. Şimal-qərbin digər kulinariya xüsusiyyətləri - qızılgüldən mürəbbə və qızılgül suyunun hazırlanmasında istifadə edilməsi və Qafqaz dağlarının ətəklərində yetişdirilən ecazkar yabanı baldır.

Sürhüllü

Bir digər məşhur yemək olan mantının bişirilmə qaydası bir az fərqlidi. Digərlərindən fərqli olaraq mantı suda yox,buxarda bişir. Mantını adi qazanda hazırlamaq  olmur, buna görə də o ayrıca buxar qazanında bişirilir. Hazırlanma qaydası isə belədir: adi xəngəl xəmiri yoğurulur, iri kvadrat fomasında kəsilir və içərisinə ətli qiymə qoyulub şəkildəki formada bükülür.Sonra qazana düzülür və buxarda bişirilir.

Mantı

Bakıda qutab deyilən yeməyə Zaqatalada kətə deyilir. Balqabaq kətəsi, şor kətəsi, gicitkən kətəsi, ət kətəsi.

Kətə

Gürzə 

Qoz və ya fındıqla hazırlanan rulet - adi kətə xəmiri yoğrulur, eyni qayda ilə hazırlanır. Sadəcə içinə umac yox, qovrulmuş qoz ləpəsi, şəkər tozu, bir az da zövqə görə ədviyyat vurulur. Üzərinə yumurtanin sarısı çəkilib, 200 dərəcədə bişirilir.

Maxara - Unu süddə qarışdırmaqla sacın üstündə bişirilən xəmir xörəyi. Maxaranı bişirmək üçün müəyyən qədər un, süd, yumurta çalınaraq duru hörrə hazırlamaq lazımdır. Südün əvəzinə ayrandan da istifadə etmək olar. İçərisinə zövqə uyğun olaraq göyərti, zəfəran, sarıkök də qatmaq olar. Sonra sacın altına ocaq qalamaq lazımdır (adətən həyətdə). Sac qızdıqdan sonra hazırlanmış hörrəni fincana doldurmaq və isti sacın üstünə tökmək lazımdır. Sacın üzərinə töküləndə o, saçaqlar yaranır və günəşə oxşar forma alır. 3-5 dəqiqədən sonra onu çevirmək lazımdır ki, o biri tərəf də bərabər bişsin. Bişəndən sonra siniyə qoyulur və üzərinə yağ çəkilir. Adətən kərə yağı olmalıdır. Yağlandıqdan sonra maxara elə bir görkəm alır ki, süfrəyə qeyri-adi gözəllik verir. Maxaran adətən bal ilə yeyilir. El adətinə görə maxaranı daha çox yağış yağanda örtülü damın altında bişirirlər.

 

Mənbə:   Azerbaijan.travel