Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələrin siyahısı

Paylaş:

Azərbaycan pasportunun reytinqdə 67 ölkənin siyahısı açıqlanır, ancaq unutmayın ki, bu siyahıda böyük əksəriyyət diplomatik və xidməti vəsiqəsi olanlara aididir.

Azərbaycan vətəndaşları vizasız hansı ölkələrə gedə bilər? Azərbaycan pasportunun reytinqdə 67 ölkənin siyahısı açıqlanır, ancaq unutmayın ki, bu siyahıda böyük əksəriyyət diplomatik nümayəndələrə, xidməti vəsiqəsi olanlara aididir.

Azərbaycandan ümumvətəndaşlıq (yaşıl) pasportu ilə, vizasız turist qəbul edən ölkələrin sayı isə elə də çox deyil, amma yenə də Avropa, Asiya, Şimali, Mərkəzi və Cənubi Amerika ölkələrindən bəziləri, adını ilk dəfə eşidəcəyiniz ölkələrədək var. Baxın, bəlkə ürəyinizə yatan bir yer oldu.

Qeyd edək ki, bəzi ölkələrdə hava limanlarında viza verilir, lakin orada müəyyən viza rüsumları olduğu üçün siyahıya əlavə etməmişik. 

Onu da nəzərə alın ki, COVİD-19 pandemiyası ilə bağlı ölkələrdə fərqli məhdudiyyətlər ola bilər. Biletləri almazdan əvvəl mütləq ölkədəki karantin qaydaları barədə məlumat əldə edin.

Ölkənin adı

Viza rejimi

İcazə verilən səyahət müddəti

Belarus

azaddır

90 gün

Gürcüstan

azaddır

90 gün

Qazaxıstan

azaddır

90 gün

Qırğızıstan

azaddır

90 gün

Moldova

azaddır

90 gün

Özbəkistan

azaddır

90 gün

Rusiya

azaddır

90 gün

Tacikistan

azaddır

90 gün

Ukrayna

azaddır

90 gün

Türkiyə

azaddır

90 gün

İran

azaddır

15 gün

Serbiya

azaddır

90 gün

Şimali Makedoniya

azaddır

90 gün

Monteneqro

azaddır

90 gün

Bosniya və Hersoqoviniya       

azaddır         

90 gün

Livan

azaddır

30 gün

Malayziya

azaddır

30 gün

Qətər

azaddır

30 gün