DTA-da korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

Paylaş:

Iyulun 26-da Dövlət Turizm Agentliyi tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq Agentliyin tabeliyində fəaliyyət göstərən qurumlar üçün onlayn təlim keçirilib.

“Korrupsiya qarşı mübarizə” mövzusunda keçirilən təlimdə Dövlət Turizm Agentliyinin tabeliyindəki 31 qurumun nümayəndəsi iştirak edib.

Təlimdə iştirakçılar korrupsiya ilə əlaqədar ümumi müddəalar və hüquqpozmalar, korrupsiyaya qarşı mübarizə metodları və bu istiqamətdə aparılan təcrübələr haqqında praktiki nümunələrlə məlumatlandırılıblar.

Təlimdə korrupsiyaya qarşı mübarizə ilə bağlı bir sıra aktual məsələlər müzakirə olunub,iştirakçıların sualları cavablandırılıb.

Mənbə:    Zagatala Tourism İnformation Center