Ermənistan işğal dövründə Azərbaycan turizminə 5 milyard dollar ziyan vurub

Paylaş:

Azərbaycanın mehmanxana (hotel) və mehmanxana tipli obyektlərinin 11,6 %-i məhz 30 il ərzində Ermənistanın işğalı altında qalmış ərazilərdə yerləşib.

Bu, “Report”un sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən bildirilib.

Bundan başqa, qurum bəyan edib ki, ölkədə turistlərin gecələmələrinin 11,1 %-i işğal altında qalmış ərazilərin payına düşüb.

“Bunu nəzərə alaraq, rəsmi açıqlanan və ehtimal edilən göstəricilərin qiymətləndirmələrinə əsasən ölkə ərazisinin 20%-nin 30 il müddətində işğal altında qalması nəticəsində həmin ərazilərə 33 milyon turist səfər edə bilməyib. Eyni zamanda turizm üçün xarakterik sahələrdə ÜDM istehsalı üzrə zərər 5 milyard ABŞ dollarından artıq olub”, - deyə açıqlamada qeyd olunub.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib.

 

Mənbə:    Report.az