Regionlardakı hotellərin çoxu yay mövsümünə hazırdır

Paylaş:

Azərbaycanda rəsmi statistikaya əsasən 650-dən çox mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir. Onların təxminən üçdə bir hissəsi Bakının, qalanları isə regionların payına düşür.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib.

Onun sözlərinə görə, yay mövsümündə Azərbaycana gələn turistlərin sayı artır.

"Əsasən turistlər Qəbələ, Lənkəran, Quba, Qusar və Şəki kimi regionlara səfər edirlər. Bundan başqa ölkənin Gəncə ətrafı rayonlarında da turizm baxımından canlanma var. Regionlarda yerləşən hava limanlarından səmərəli istifadə etsək, ölkəmizə turist axınını arıra bilərik",- S.Dübəndi qeyd edib.