Xarici turistlər Bakıdan sonra daha çox Qəbələdəki otellərdə qalmağa üstünlük verirlər

Paylaş:

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,1% artaraq 147 milyon manat ($86,47 milyon) olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunun 58,4%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5%-i ictimai iaşə xidmətlərindən, 3,2%-i müalicə və sağlamlıq xidmətlərindən, 9,9%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ilin yanvar-iyun aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 47,8% artaraq 1 milyon 27 min olub. Gecələmələrin 55,1%-i faizi Bakıda, Qəbələ və Qubada – 6,8%, Qusar və Şabranda - 5,5%, Qubada - 8%, Şabranda - 6,1%, Lənkəranda - 3,3%, Naftalanda - 3%, Naxçıvanda - 2,2%, Xaçmazda - 1,3%, Şamaxıda - 1,1%, Şuşada - 0,9%, digər şəhər və rayonlardakı mehmanxanalarda - 8,5% qeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9% artaraq 523,5 min olub ki, bu da ümumi gecələmələrin 51%-ni təşkil edir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə artaraq 503,5 min olub ki, bu da ümumi gecələmələrin 49%-ni təşkil edir.

Gecələmələrin 11,9%-i Səudiyyə Ərəbistanı, 11,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 11,5%-i Türkiyə, 10,7%-i Rusiya Federasiyası, 4,4%-i Böyük Britaniya, 3,9%-i Küveyt, 2,6%-i İsrail, 3,5%-i Hindistan, 3%-i ABŞ, 1,9%-i Pakistan, 1,9%-i Qazaxıstan, 1,7%-i Almaniya, 1,4%-i Gürcüstan, 1,5%-i İtaliya, 1,4%-i Qətər, 1,2%-i İran, 0,9% - Özbəkistan, 0,7%-i Ukrayna, 0,8%-i Niderland, 0,6%-i Fransa, 21,8%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,9%-i Bakıda, 4,5%-i Qusarda, 6,2%-i Qəbələdə, 2,3%-i Naftalanda, 3,1%-i Qubada, 1,1%-i Şabranda, 0,7%-i Naxçıvan Muxtar Respublikasında, 2,2%-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Hesabat dövründə respublika üzrə mehmanxanaların orta yüklənmə səviyyəsi 112,4% təşkil edib (bir il əvvəl 9%). Həmçinin Şabran üzrə bu göstərici 90%, Naftalan üzrə - 27%, Beyləqan üzrə - 26,7%, Quba üzrə - 26,5%, Ağcabədi üzrə - 19,6%, Bakı üzrə - 18,6%, Lənkəran üzrə - 17,6%, Sabirabad üzrə - 17,2%, Şuşa üzrə - 17,1%, Qusar üzrə - 16,4%, Qəbələ üzrə - 16,4%, Göyçay üzrə - 12,8% təşkil edib.

Xəbər verildiyi kimi, 2021-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 2020-ci illə müqayisədə 79,1% artaraq 209,2 milyon manat ($123 milyon) olub.